"Qarabağ" Namiq Ələsgərovu niyə göndərib?

12:56 29 Dekabr 2016

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hücumçuları Namiq Ələsgərovla yolları erkən ayırmalarının səbəbini açıqlayıb.


Sportarena.az xəbər verir ki, qol.az saytına müsahibəsində Q.Qurbanov deyib ki, gənc hücumçunun klubla müqaviləsi gələn ilin yayında başa çatacaqdı.

“O, milli komandamızın ən perspektivli futbolçularından biridir. Sadəcə, bizdə oynamaq şansı az olurdu. Biz tək özümüzü yox, futbolçunu da düşünürük. Namiqin qarşısını kəsmək düz olmazdı. Onun daima oynaması çox vacibdir. "Neftçi"  rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var. Onlar Namiqlə bağlı bizə təklif göndərdi. Biz də futbolçunun gələcək karyerasını düşünərək, “Neftçi”yə keçidinə razılıq verdik”.


Digər xəbərlər

Xəbər xətti