"Kəpəz"in kollektivi Şəhidlər Xiyabanını ziyarət etdi

Sportarena.az      29 Dekabr 2018, 16:10

“Kəpəz” klubunun kollektivi qarşıdan gələn bayramlar öncəsi Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda uyuyan futbol veteranlarının qəbrini ziyarət edib.

 

Sportarena.az xəbər verir ki, əvvəlcə Fəxri Xiyabanda dəfn olunan dövrünün ən tanınmış uşaq futbol məşqçisi hesab edilən Konstantin Abramenko yad olunub. Yetirmələri Azərbaycan futboluna bir neçə nəsil güclü oyunçu bəxş etmiş mərhum mütəxəsisslə bağlı xatirələrini bölüşüblər. Onun məşq bölməsindən çıxan futbolçuların “Kəpəz” və “Neftçi”yə göstərdikləri böyük xidmətlərdan danışıblar. 

 

Klubun əməkdaşları SSRİ idman ustası, “Dinamo”nun (Gəncə) heyətində öz oyunu ilə azarkeşlərin sevimlisinə çevirilən Nizami Salahovun məzarını da ziyarət ediblər. Mərhum hücumçunun “Dinamo”nun SSRİ çempionatının yüksək liqasına vəsiqə qazanmasındakı rolundan bəhs olunub.

 

Daha sonra klub rəsmiləri, əvəzedici heyətin məşqçilər korpusu, futbolçular, eləcə də ayrı-ayrı yaş qrupları üzrə komandalarda çalışan məşqçilər Şəhidlər Xiyabanında olub.

 

Ziyarətin sonunda kollektiv tərəfindən Şəhidlar Xiyabanında müəyyən təmizlik işləri aparılıb, qəbirlərin üstü və ətrafı təmizlənib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin