Beyl "Napoli" ilə görüşdə oynayacaq?

21:44 29 Dekabr 2016

Dabanından ağır zədə alan Madrid "Real"ının futbolçusu Qaret Beyl sağalması üçün ciddi şəkildə iş görür.


Sportarena.az xəbər verir ki, Beyl fevral ayında artıq yenidən meydanlara dönməyi planlaşdırır. Halbuki, həkimlər əməliyyatdan sonra onun aprelə qədər oynamayacağını bildirmişdilər.


27 yaşlı yarımmüdafiəçinin "Napoli" ilə fevral ayındakı görüşədək sağalacağı gözlənilir.


Xəbər xətti