Türk futbolçu "Çelsi"nin hədəfində

23:29 29 Dekabr 2016

İngiltərənin "Çelsi" komandasının qış transfer pəncərəsi zamanı əsas hədəfi məlum olub. İtalyan baş məşqçi Antonio  Konte, "Bayer" Leverkuzenli Hakan Çalhanoğlunu istəyir.

Ancaq "Çelsi"nin bu transfer üçün işi asan olmayacaq. Belə ki, futbolçuya  "Arsenal", "Tottenhem", "Mançester Yunayed" və "Everton" da göz dikib.

Hakanla bərabər  Julian Brandt da bu klubların hədəfindədir.

Xatırladaq ki, 22 yaşlı futbolçu 2014-cü ildə  "Hamburq"dan  12,5 milyon sterlinqə transfer edilmişdi.


Xəbər xətti