Messi ilin ən yaxşı oyun qurucusu seçildi

23:51 29 Dekabr 2016

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı oyun qurucularının adlarını açıqlayıb.

56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticəsinə əsasən, Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi birinci olub. Andres İnyesta (İspaniya, "Barselona") ikinci, Toni Kroos (Almaniya, "Real") 3-cü pillədə qərarlaşıb.

İlin ən yaxşı 10 oyun qurucusu aşağıda adları qeyd olunanlardır:

1. Lionel Messi (Argentina, "Barselona") - 172 xal
2. Andres İnyesta (İspaniya, "Barselona") - 66 xal
3. Toni Kroos (Almaniya, "Real") - 45 xal
4. Məsut Özil (Almaniya, "Arsenal") - 39 xal
5-6. Luka Modriç (Xorvatiya, "Real") - 36 xal
5-6. Riyad Mahrez (Əlcəzair, "Lester") - 36 xal
7. Kevin de Bruyne (Belçika, "Mançester Siti") - 31 xal
8. Pol Poqba (Fransa, "Yuventus"/"Mançester Yunayted") - 26 xal
9. Eden Azar (Belçika, "Çelsi") - 14 xal
10. Dimitri Payet (Fransa, "Vest Hem")


Digər xəbərlər

Xəbər xətti