142 kiloqramlıq ştanq amerikalı idmançını öldürdü

Sportarena.az      30 Dekabr 2018, 00:51

22 yaşlı amerikalı idmançı Kayl Tomson 142 kiloqramlıq ştanqın altında qalaraq dünyasını dəyişib.

Bu barədə cümə axşamı, dekabrın 29-da, Associated Press nəşri məlumat verir.

Bədbəxt hadisə Ayova ştatının Ankeni şəhərində yerli idman zallarının birində baş verib. Tomson uzanaraq sinə əzələlərini məşq etdirmək istəyərkən ştanq əlindən çıxıb və boynuna düşüb. O Ankenidən 16 kilometr aralıda yerləşən De-Moyn şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, məşq zamanı Tomsonu bir neçə nəfər sığorta edirdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin