Çexiyalı futbolçu "Neftçi"də

10:59 30 Dekabr 2016

“Neftçi” Çexiyanın “Slovan” klubunun oyunçusu Zdenek Folprexti transfer edib.
 

Sportarena.az xəbər verir ki, bu barədə Çexiya klubunun rəsmi saytı məlumat yayıb. Məlumata görə, “ağ-qaralar” Çexiyanın “Slovan” klubunun yarımmüdafiəçisini 6 aylıq icarəyə götürüb. Bu barədə Liberets klubunun idman direktoru Yan Nezmar məlumat verib:
 
“Zdenek tibbi müayinə üçün Türkiyəyə yollanacaq. Çünki “Neftçi” təlim-məşq toplanışını Antalya şəhərində keçəcək. “Neftçi” ölkəsinin ən köklü klublarından biridir. Bu təklif sərfəli idi”.
 

Qeyd edək ki, 25 yaşlı çexiyalı futbolçu 2015-ci ildən “Slovan”da çıxış edir.


Xəbər xətti