Çin klubundan Ronaldo üçün 300 milyonluq təklif

14:17 30 Dekabr 2016

Adı açıqlanmayan Çin klubu Kriştiano Ronaldo üçün "Real"a 300 milyon avro ödəməyə hazırdır.


Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun agenti Jorje Mendeş açıqlama verib. Onun sözlərinə görə, komanda Ronaldo üçün "Real"a 300 milyon avro, futbolçunun özünə isə illik 100 milyon avro verməyə hazırdır:
"Çin klubu "Real"a 300 milyon avro təklif edir. Kriştianonun özünə isə ildə 100 milyon avro ödəməyə hazırdır.

Lakin pul əsas deyil, "Real" onun həyatıdır", – deyə Mendeş  "Sky Sport İtalia"nın efirində qeyd edib.


Digər xəbərlər

Xəbər xətti