Futbolçuların cari il üçün son reytinq siyahısı açıqlandı

14:35 30 Dekabr 2016

Futbolçuların 2016-cı il üçün son reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, siyahıya 6269 xalla “Barselona” klubunun hücumçusu Lionel Messi başçılıq edir.  Katalonların digər futbolçusu Luis Suares 5603 xalla ikinci pillədə qərarlaşıb. “Real”ın portuqaliyalı forvardı Kriştiano Ronaldo 5220 xalla reytinq cədvəlində üçüncüdür. “Barselona”nın və Braziliya millisinin oyunçusu Neymar 2545 xalla bir pillə irəliləyərək 18-ci yerdə qərarlaşıb.


Arda Turan isə ötən reytinq cədvəli ilə müqayisədə üç pillə irəliləyən türkiyəli yarımmüdafiəçi 1173 xalla siyahıda 116-cı pillədə qərarlaşıb.


Xəbər xətti