Araz Abdullayev "Qəbələ" ilə razılığa gəldi

16:15 30 Dekabr 2016

Premyer Liqada qış fasiləsinə 2-ci pillədə yollanan "Qəbələ" transfer fəaliyyətini davam etdirir.
 

Sportarena.az xəbər verir ki, "qırmızı qaralar" "Neftçi"nin kapitanı Araz Abdullayevin xidmətində maraqlıdır. Bölgə klubu 24 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib. "Neftçi" bu transferə razılıq versə, Abdullayevin "Qəbələ"yə keçidi baş tutacaq.
 

Qeyd edək ki, millimizin də üzvü olan Araz Abdullayev bu mövsüm Premyer Liqada 3 qol vurub.(sportal.az)


Xəbər xətti