"Ronaldonun çatdığı səviyyə gərgin məşqlərin nəticəsidir"

01:15 31 Dekabr 2016

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç “ESPN Sports”a müsahibə verib. İsveçli ulduz öz müsahibəsində 3 Ronaldonu – Ronaldinyo, Fenomen Ronaldo və Kriştiano Ronaldonu müqayisə edib.

“Düşünürəm ki, Fenomen Ronaldo aralarında ən yaxşısı olub. Onun etdiyi hər bir şey insanları heyran edib: onun qaçışı, driblinqləri və s. Ronaldo əsl oyunçu olub. O, öz olduğu kimi olmaq üçün doğulub. Onun etdikləri məşqlərin nəticəsində olmayıb. Onda xüsusi istedad var idi. Belələri anadangəlmə istedadlı olur. O, unikaldır.

Ronaldinyo ilə birgə “Milan”da oynamışıq. Ancaq həmin illər onun karyerasının ən yaxşı vaxtları deyildi. Onunla oynamaq mənə həzz verirdi. Driblinqlərini və rəqiblərini uşaq kimi aldadıb keçməyini çox bəyənirdim.

Kriştiano Ronaldoya gəldikdə, onunla bir komandada oynaya bilməmişəm. Ancaq o, ayrı tip oyunçudur. Onun çatdığı səviyyə xüsusi istedadı sayəsində deyil, gərgin məşqlərin nəticəsidir”.


Digər xəbərlər

Xəbər xətti