Belçikada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşdi

14:16 31 Dekabr 2016

Belçika millisində 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.


Sportarena.az xəbər verir ki, 30 mindən çox azarkeşin iştirak etdiyi səsvermənin nəticəsinə əsasən,  "Napoli"nin hücumçusu Dris Mertens yığmada bu ilin ən yaxşı oyunçusu seçilib. Eden Azar ("Çelsi") ikinci, Rac Nainqqolan ("Roma") üçüncü olub.


Qeyd edək ki, ötən il Belçika millisinin ən yaxşı futbolçusu Kevin de Bruyne seçilmişdi.


Digər xəbərlər

Xəbər xətti