"Mançester Yunayted"də iki ciddi itki

15:21 31 Dekabr 2016

İngiltərə Premyer Liqasının 19-cu turunda evdə “Midlsbro”yla qarşılaşacaq “Mançester Yunayted” bu oyuna 2 itkiylə çıxacaq.
 

Kapitan Ueyn Runi və müdafiəçi Luk Şou 2016-cı ilin son matçında "qırmızı şeytanlar"a kömək edə bilməyəcək. Bu barədə məlumatı komandanın baş məşqçisi Joze Mourinyo verib.
 

“Mançester Yunayted” - “Midlsbro” oyununu sabah saat 19:00-da başlayacaq.


Xəbər xətti