"Neftçi" bürünc mükafatısını təbrik etdi

16:16 31 Dekabr 2016

“Neftçi” PFK SSRİ çempionatının bürünc medallarının qazanılmasının 50 illiyi münasibətilə veteran futbolçu Nikolay Boqdanovu təbrik edib. 


Sportarena.az xəbər verir ki, komandanın qapıçısı Maksim Vaylo Ukraynada yaşayan veteran futbolçu ilə görüşərək, ona xatirə hədiyyəsini təqdim edib.


Xatırladaq ki, “Neftçi” 1966-cı ildə SSRİ çempionatını 3-cü pillədə başa vurmuşdu. Hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda baş tutmuş həlledici görüşdə komanda Moskva "Spartak”ını 3:0 hesabı ilə məğlub etmişdi.


Xəbər xətti