"Liverpul"un sabiq futbolçusu "Sassulo"da

17:47 31 Dekabr 2016

İtaliyanın "Peskara" futbol klubunun yarımmüdafiəçisi Alberto Akvilani "Sassuolo" ilə müqavilə imzalayıb.


Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu klubda icarə əsasında 6 ay müddətinə çıxış edəcək.


Akvilani "Peskara"ya 2016-cı ilin yayında keçib. O, bunadək "Liverpul", "Milan", "Yuventus", "Roma" kimi klubların şərəfini qoruyub. 


Qeyd edək ki, cari mövsümdə futbolçu İtaliya çempionatında 9 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti