"Şəmkir" də Türkiyəyə yollanır

10:33 2 Yanvar 2017

I Divizionda mübarizə aparan "Şəmkir" klubunun qış hazırlıq planı məlum olub.
 

Sportarena.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaq. Qəhrəman Əliyevin yetirmələri Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçəcək. Toplanış yanvar ayının 5-dən 24-dək davam edəcək.
 

Təlim-məşq toplanışı çərçivəsində "Şəmkir" yoxlama oyunlarında da qüvvəsini sınayacaq. Lakin hələ sınaqçı rəqiblər məlum deyil.


Digər xəbərlər

Xəbər xətti