Başına saç əkdirdiyinə görə komandadan qovuldu

12:15 2 Yanvar 2017

Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən "Büyükşehir Belediye Erzurumspor"un futbolçusu Fahri Tatan  komandadan qovulub. 


Sportarena.az xəbər verir ki, rəhbərlik onun icazəsiz başına saç əkdirməsini əsas gətirərək, futbolçu ilə olan müqaviəyə xitam verib. Belə ki, Tatan ötən mövsümün sonunda zədələnmişdi. Zədəsini sağaldıb qayıdanda onu saçlı görən klub prezidenti Ali Demirhan özündən çıxıb və tərəflər əməkdaşlığı dayandırıb. 34 yaşlı yarımmüdafiəçi bundan sonra "Sakaryaspor"la anlaşıb. 


Xəbər xətti