Aksel Vitsel "Yuventus"dan üzr istədi

12:37 2 Yanvar 2017

Aksel Vitselin "Tyanszin Syuansyan" komandasına keçidinin təfərrüatları məlum olub. 


Sportarena.az xəbər verir ki, dünən 27 yaşlı belçikalı futbolçu Çin klubu ilə 3 illik müqavilə bağlayıb. O, müqavilə imzaladıqdan sonra "Yuventus" klubundan üzr istəyib və belə təkliflərdən imtina etməyin ağılsızlıq olduğunu qeyd edib.


Xatırladaq ki, Vitselin məvacibi illik 25 milyon avro olacaq. "Zenit"ə isə 7 milyon avro çatacaq. Bundan başqa, Rusiya təmsilçisi müxtəlif bonuslar da ala bilər.


Xəbər xətti