"Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi

13:49 2 Yanvar 2017

Yanvarın 9-dan etibarən Türkiyədə təlim-məşq toplanışı keçəcək “Qəbələ”nin daha bir sınaqçı rəqibi bəlli olub. 


Sportarena.az xəbər verir ki, söhbət Qazaxıstanın "Ordabası" klubundan gedir.


Məlumata görə, "qırmızı-qaralar"ın Qazaxıstan klubu ilə oyunu yanvarın 19-da baş tutacaq.


Bundan başqa Roman Qriqorçuk yetirnələrini yanvarın 13-də “Partizani”, 18-də Rumıniyanın “Qaz Metan”, 23-də isə Makedoniyanın “Şkendiya” klubu ilə oyunlarda sınayacaq.


Əyalət təmsilçisi hazırlığı yanvarın 25-də başa vuracaq.(futbol11.az)


Xəbər xətti