"Mançester Yunayted"də 3 ciddi itki

15:49 2 Yanvar 2017

"Mançester Yunayted"in futbolçuları Ueyn Runi, Deyli Blind, Maykl Kerrik İngiltərə Premyer Liqasının 20-ci turunda "Vest Hem"lə görüşü buraxacaq.


Sportarena.az xəbər verir ki, buna səbəb sözügedən oyunçuların hələ də zədələrini sağalda bilməməyidir.


Qeyd edək ki, "Vest Hem" - "Mançester Yunayted" oyunu bu gün keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti