Araz "Qəbələ"də ilk seçimini etdi

16:59 2 Yanvar 2017

"Neftçi"dən "Qəbələ"yə transfer olunan Araz Abdullayevin yeni klubunda neçə nömrəli forma altında çıxış edəcəyi bəlli olub.


Sportarena.az xəbər verir ki, 25 yaşlı oyunçu "Qəbələ"də 77 nömrəli forma altında çıxış edəcək.


Abdullayev "Neftçi"də "7" nömrə ilə çıxış edirdi. "Qəbələ"də bu nömrəli forma Nika Kvekveskiridədir.


Xəbər xətti