"Bavariya"nın məşqçisi Premyer Liqa klubunda

17:40 2 Yanvar 2017

İngiltərə Premyer Liqasında çıxış edən "Suonsi" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, komanda "Bavariya"ın baş məşqçisi Karlo Ançelottinin köməkçisi Pol Klementlə razılığa gəlib. Məlumata görə, tərəflər arasında qarşıdakı günlərdə müqavilə imzalanacaq.


Xatırladaq ki, bir neçə gün öncə komanda baş məşqçi Bob Bredlini istefaya göndərmişdi. Bu posta isə əsas namizən "Mançester Yunayted"in sabiq futbolçusu Rayan Giqqz hesab edilirdi.


Qeyd edək ki, "Suonsi" 19 turdan sonra 12 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.


Xəbər xətti