İbrahimoviç: "Tənqid mənə enerji verir"

18:05 2 Yanvar 2017

Zlatan İbrahimoviç "Mançester Yunayted" forması ilə çıxdığı 27 oyunda 17 qola imza atmağı bacarıb. Oktyabrda Maykl Ouen isveçli forvardı "hərəkətsiz" olmaqla tənqid etmişdi.


Sportarena.az xəbər verir ki, "Midlsbro"yla görüşdə məhsuldar ötürmə müəllifi olan İbrahimoviç oyundan sonra bunları deyib:

"Özümü yaxşı hiss edirəm. Hələ nə qədər futbolda qalacağımı bilmirəm. Amma oyundan həzz alıram. Bəziləri Premyer Liqada heç nə edə bilməyəcəyimi düşünürdü. Həmişəki kimi, mənə şübhə edənlər sözlərini "yedilər". Tənqid mənə enerji verir. Jurnalistlərə çərənləmək üçün, mənə isə futbol oynamaq üçün pul verirlər. Bu da xoşuma gəlir".


Xəbər xətti