"Zirə"nin istirahəti başa çatır

21:46 2 Yanvar 2017

Premyer Liqada yaranmış qış fasiləsiylə əlaqədar sərbəst buraxılan "Zirə"də istirahət başa çatır.
 

"Qartallar"ın hazırlıqlara start verəcəyi tarix müəyyənləşib. Belə ki, Ayxan Abbasovun yetirmələri yanvarın 4-də bir araya gələcək.

 
Qeyd edək ki, "Zirə"nin qış təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanıb-yollanmayacağı hələ məlum deyil.


Digər xəbərlər

Xəbər xətti