"Beşiktaş" yeni transferi ilə müqavilə bağladı

00:10 3 Yanvar 2017

“Beşiktaş”ın yeni transferi Rayan Babel İstanbuldadır. Bu barədə klubun rəsmi tvitter səhifəsi xəbər yayıb. Bu gün İstanbula gedən Hollandiyalı yarımmüdafiəçi  tibbi baxışdan uğurla keçib. Onunla 2.5 illik müqavilə imzalananıb.
 
Qeyd edək ki, Rayan Babel  "Kasımpaşa", "Ayaks", "Hoffenhaym", "Liverpul" və "Deportivo", kimi klublarda çıxış edib. O, cari mövsüm “Deportivo”nun heyətində 11 oyuna 4 qol vurub.
 


Xəbər xətti