Ronaldo: "Oğlumun da futbolçu olmasını istərdim"

00:52 3 Yanvar 2017

“Real” Madridin və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo oğlu haqda danışıb. “Marca”ya müsahibə verən ulduz futbolçu bunları deyib:

“Elə insanlar var ki, oğluma onun atasından daha yaxşı futbolçuların olduğunu deyirlər. Ancaq oğlum özü ən doğrunu bilir. O da mənim kimi ağıllı insandır. Onun da müəyyən müddət çətinliklərlə üzləşməli olduğunu bilirəm. Ancaq mən onu xoşbəxt bir balaca uşaq kimi görürəm.

Əlbəttə, oğlumun da futbolçu olmasını istərdim. Bunun üçün o, bəzi yollardan keçməlidir, ancaq mən yenə də onun qərarına təsir göstərməyə çalışmayacağam. O, özü nəyi istəyirsə, ona da nail olacaq. Mən sadəcə ona gördüyü işdə dəstək verə bilərəm. Onu futbolda hücumçu kimi görmək istərdim”.


Digər xəbərlər

Xəbər xətti