Ronaldo və Ramos "Sevilya"ya qarşı oynamayacaq

13:11 3 Yanvar 2017

"Real" İspaniya kubokunun 1/8 finalında "Sevilya" ilə ilk oyuna ciddi itki ilə çıxacaq.


Sportarena.az xəbər verir ki, Zidan müdafiəçisi Serxio Ramosun köməyindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun zədələnməsidir. Bundan əlavə, sözügedən matçda Kriştiano Ronaldo da iştirak etməyəcək. Komandanın baş məşqçisi Zinəddin Zidan dekabrın 27-dən ulduz futbolçuya istirahət verib.


Qeyd edək ki, "Real" - "Sevilya" görüşü yanvarın 4-ü keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti