"Sumqayıt"da istirahət bitdi, heyətə 3 yeni futbolçu cəlb olundu

14:15 3 Yanvar 2017

“Sumqayıt” 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığa start verib.
 

Sportarena.az xəbər verir ki, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altına 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. “Sumqayıt”  ilk məşq günündə dənizkənarında qaçışla kifayətlənib.

 
Qeyd edək ki, komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib. “Sumqayıt”ın növbəti məşqi də sabah saat 11:00-da doğma şəhərdə olacaq.


Xəbər xətti