Cavid İmamverdiyev getmək istəyir, "Neftçi" buraxmır

15:35 3 Yanvar 2017

Yeni dönəmə hazırlaşan “Neftçi” qış transfer pəncərəsinin ən fəal klubudu. Xeyli futbolçu klubdan gedib, yeniləri gəlməkdədi. Elşən Abdullayev və Araz Abdullayevin ardından Cavid İmamverdiyev də “Neftçi”dən getmək istəyir. 


Sportarena.az xəbər verir ki, baş məşqçi Elxan Abdullayev onun gedişinin əleyhinədir.

 
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Cavidin “Sumqayıt” klubunun maraq dairəsində olduğu barədə məlumat yaymışdı. Bu məsələyə aydınlıq gətirmək üçün “Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanovla əlaqə saxladıq. Ceyhun bəy mövsümün əvvəlində onu komandada görmək istədiklərini dedi, lakin indi Cavid İmamverdiyevlə heç bir danışıq aparmadıqlarını əlavə elədi.  (sportal.az)


Digər xəbərlər

Xəbər xətti