"Fənərbaxça" - "Azərreyl" matçının hakimləri müəyyənləşdi

15:59 3 Yanvar 2017

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycan təmsilçisi “Azərreyl”in ikinci turdakı oyununun hakim təyinatları açıqlanıb.


Komandamızın yanvarın 11-də Türkiyənin “Fənərbaxça” klubu ilə keçirəcəyi səfər qarşılaşmasının baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək.


“Fənərbaxça-Azərreyl” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti