Çin superliqasında legioner limiti sərtləşdiriləcək

17:58 3 Yanvar 2017

Çinin superliqası legioner limitini sərtləşdirmək fikrindədir.


Sportarena.az xəbər verir ki, 2018-ci ildən etibarən komandalar iştirak ərizəsinə yalnız 4 əcnəbi futbolçu sala biləcəklər. Onlardan da biri Asiya Futbol Konfederasiyasına daxil olan ölkələrin birindən olmalıdır.


Hazırda superliqada 5 legionerdən istifadə etməyə icazə var. Onlardan biri Asiyanı təmsil etməlidir. İlkin plana görə limitin sərtləşdirilməsi bu ildən etibarən olmalı idi. Lakin klublar buna qarşı çıxdığından qərar gələn ilə qədər təxirə salınıb.


Digər xəbərlər

Xəbər xətti