"Ayaks"ın müdafiəçisi "Barselona"nın hədəfində

18:24 3 Yanvar 2017

“Barselona” heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır.

Kataloniya klubu “Ayaks”ın müdafiəçisi Davinson Sançeslə transfer edə bilər. 

“Barsa” ötən il Kolumbiya millisinin 20 yaşlı üzvünü klubun B komandasına cəlb etmək istəsə də, o, buna razılaşmayıb.

Bu dəfə isə Luis Enrike gənc futbolçunu öz komandasında görmək istəyir.

Qeyd edək ki, cari mövsüm Hollandiya çempionatında 16 oyuna çıxan Sançes 3 qol vurub və 1 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti