Ötən mövsüm "Qalatasaray"dan "İnter"ə transfer olan Felipe Melo karyerasını "Palmeyras"da davam etdirəcək.
Sportarena.az xəbər verir ki, "İnter"də gözlənilən performansı sərgiləyə bilməyən və baş məşqçi Stefano Piolinin etimadını qazana bilməyən futbolçu Braziliyanın son çempionu "Palmeyras"la razılığa gəlib.
"İnter"lə vidalaşan futbolçu Sao-Paulo şəhərinə gəlib və ayın 5-i "Palmeyras"la rəsmi müqavilə imzalayacaq.
Xatırladaq ki, 2005-ci ildən Braziliyadan kənarda karyerasına davam edən futbolçu "Malyorka", "Rasinq", "Qalatasaray", "Fiorentina", "Yuventus" və "İnter" kimi klublarda çıxış edib. Karyerasının ən parlaq vaxtını "Qalatasaray"da keçirən futbolçu 4 mövsümə 8 kubok qazanmağı bacarmışdı.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin