"Real"da daha bir ciddi itki

21:49 3 Yanvar 2017

"Sevilya" ilə matç öncəsi "Real"ın daha bir futbolçusu zədələnib.


Sportarena.az xəbər verir ki, komandanın müdafiəçisi Pepe zədə səbəbi ilə matçda iştirak edə bilməyəcək. Klub saytının yaydığı məlumata görə, futbolçu məşq zamanı zədələnib. Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.


Xatırladaq ki, Pepedən əlavə "Real" Serxio Ramosun da köməyindən istifadə edə bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti