Zidan: "Bir il baş məşqçiliyim ərzində daha çox saçım töküldü"

22:50 3 Yanvar 2017

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan transfer planları və öz işi haqqında danışıb.
 
"Mən Xameslə danışmışam və ona komandada qalmasını istədiyimi söyləmişəm. Bu barədə artıq danışmağa lüzum yoxdur. İndi yalnız işləmək lazımdır. "Real"ın baş məşqçisi postundakı 1 il ərzində daha çox saç itirmişəm.İndi stress bir qədər azalıb. Həyacan var, amma o qədər deyil.
 Həmişə daha yaxşı olmağa çalışıram. Futbolçu olanda da belə idim. İnkişafda limit yoxdur. Bunu futbolçularıma da aşılamağa çalışıram.
 Moratanın "Yuventus"a qayıdışı ilə bağlı informasiya isə mənasızdır. Alvaroya baxdıqda onun xoşbəxt olduğunu görürəm. Onun evi burdadır", – deyə Zidan qeyd edib.
 
 


Digər xəbərlər

Xəbər xətti