Çilili oyunçu rəsmən "Neftçi"də

23:51 3 Yanvar 2017

"Neftçi" növbətini trasnferini gerçəkləşdirib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, çilili hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, sonuncu komandası Qazaxıstanın "İrtış” klubu olan 29 yaşlı futbolçu indiyədək Çilinin "Reyncers”, "Huaçipato”, "Maqalyanes”, "Kobreloa”, "Deportes İkike” və İspaniyanın "Real Betis” B klublarında çıxış edib.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl Namiq Ələsgərov və George Navalovskini heyətinə cəlb edib.


Xəbər xətti