Kostadan gecikmiş etiraf: "Çelsi"nin uğursuz çıxışının səbəbkarı Mourinyo deyildi"

00:10 4 Yanvar 2017

“Çelsi” klubunun hücumçusu Dieqo Koşta mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Hücumçu keçmiş məşqçisi Joze Mourinyonun ötən mövsümki uğursuzluqda heç bir günahının olmadığını bildirib:

“Düşünürəm ki, məşqçi üçün ən önəmlisi oyunçuları tərəfindən bəyənilməsidir. Oyunçuların meydandakı performansı da bundan çox asılıdır. Məşqçimiz dəyişdi və ən başda bu, heç də asan olmadı. Bizim üçün məşqçinin kimliyinin də önəmi var. Geyinmə otağındakı atmosferin müəyyən olunmasında məşqçinin də təsiri var.

Bizim Mourinyo kimi möhtəşəm məşqçimiz olub. 2014-cü ildə o, komanda üçün çox iş gördü. Ancaq daha sonra işlər nədənsə qaydasında getmədi. Bizim uğursuz çıxış etməyimizin səbəbkarı Mourinyo deyildi”.


Digər xəbərlər

Xəbər xətti