Ronaldonun problemi

00:30 4 Yanvar 2017

"Sevilla"nın baş məşqçisi Xorxe Sampaoli müasir futbolun ulduzları Ronaldu və Messi barədə fikirlərini bildirib. 

"Ronaldu rəqib qapılarına yaxın çox gözəl oynayır. O, hücumların sona çatdırılmasında həlledici fiqurdur. Onun yeganə problemi budur ki, Messi ilə eyni dövrdə futbol oynayır.

Leo ilə çalışmaq sadəcə arzudur. Həmişə demişəm ki, Argentina millisinə rəhbərlik etmək istəyirəm. Messinin məşqçisi olmaq şərəfdir. Bu məsələdə hər şey mənim əlimdə deyil".


Xəbər xətti