Kamran Ağayevin yerinə braziliyalı qolkiper

12:54 4 Yanvar 2017

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu heyətinə yeni futbolçu cəlb edib. 


Sportarena.az xəbər verir ki, Portuqaliya klubu Belçika Pro liqasinda çıxış edən "Muskron"un qolkiperi Vaqner da Silva ilə anlaşıb. Klublar arasında razılığa əsasən 30 yaşlı braziliyalı qolkiper cari mövsümün sonuna qədər "Boavişta"da icarə əsasında çıxış edəcək.


Xatırladaq ki, millimizin qolkiperi Kamran Ağayev "Boavişta"nın əsas heyət üzvü idi. Lakin o, vətəni üçün darıxdığını əsas gətirərək, komandadan ayrılıb Azərbaycana dönmək istəyirdi. 


Digər xəbərlər

Xəbər xətti