Zidan: "Onun evi buradır"

13:21 4 Yanvar 2017

"Real"ın baş məşqçisi Zinəddin Zidan transfer planları və öz işi haqqında danışıb.


Sportarena.az xəbər verir ki, o, bu barədə verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib:
"Mən Xameslə danışmışam və ona komandada qalmasını istədiyimi söyləmişəm. Bu barədə artıq danışmağa lüzum yoxdur. İndi yalnız işləmək lazımdır.

"Real"ın baş məşqçisi postundakı 1 il ərzində daha çox saç itirmişəm. İndi stress bir qədər azalıb. Həyacan var, amma əvvəlki qədər deyil.

Həmişə daha yaxşı olmağa çalışıram. Futbolçu olanda da belə idim. İnkişafda limit yoxdur. Bunu futbolçularıma da aşılamağa çalışıram.

Moratanın "Yuventus"a qayıdışı ilə bağlı informasiya isə mənasızdır. Morataya baxdıqda onun burada xoşbəxt olduğunu görürəm. Onun evi burdadır", – deyə Zidan qeyd edib.


Digər xəbərlər

Xəbər xətti