"Ayaks"ın futbolçusu Bundesliqa klubunda

16:56 4 Yanvar 2017

Almaniyanın "Volfsburq" klubu heyətinə yeni futbolçu cəlb edib.
 

Sportarena.az xəbər verir ki, Bundesliqa klubu Hollandiyanın "Ayaks" klubundan Rişedli Bazuru transfer edib. Hollandiya millisinin yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb. 20 yaşlı yarımmüdafiəçinin transferi "Volfsburq"a 12 milyon avroya başa gəlib.
 

Qeyd edək ki, Bazur 2014-cü ildən "Ayaks"da çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti