Sportarena.az
22 Avqust 2017

"Osmanlıspor" Braziliya millisinin futbolçusunu transfer edir

12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Osmanlıspor" klubu İngiltərə Çempionşipində mübarizə aparan KPR ("Kuins Park Reyncers" - red.) klubunun futbolçusu Sandronu transfer edə bilər.


Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb. 


Məlumata görə, komanda futbolçunu icarə əsasında deyil, təzminat ödəyərək heyətinə qatmaq niyyətindədir. Braziliyalı futbolçunun KPR-lə olan müqaviləsi bu mövsümün sonunda başa çatacaq. 


Xatırladaq ki, futbolçu daha öncə "Tottenhem" və "Vest Bromviç" kimi klublarda da forma geyinib.


Qeyd edək ki, cari mövsüm KPR formasıyla 8 görüşdə iştirak edən 27 yaşlı futbolçu 3 qol vurmağı bacarıb. Bundan əlavə, o, 1-i rəsmi olmaqla, ümumilikdə, 17 dəfə Braziliya millisinin formasını da geyinib və 1 qol vurub. Sandro 2012-ci ildən milli komandaya dəvət olunmur.

Tarix
04.01.17 [18:54]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

22 Avqust
21 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio