Qurban Qurbanovun oğlunun ayağı sındı

21:07 4 Yanvar 2017

“Zaqatala”nın İdarə Heyətinin sədri Musa Qurbanovun dabanından əməliyyat olunmasının ardından Qurbanovlar ailəsində daha bir nəfər zədələnib.

 

Sportarena.az xəbər verir ki, bu dəfə onun adaşı, Qurban Qurbanovun oğlu Musa Qurbanovun ayağı sınıb. “Neftçi”nin U-15 komandasının və U-16 yığmasının şərəfini qoruyan kiçik Qurbanov millinin düşərgəsində məşq zamanı xəsarət alıb.


Qurban Qurbanovun verdiyi məlumata görə oğlunun ayağının aşağı hissəsində xırda sümüklərdən biri sınıb və bu səbəbdən hazırda onun ayağı gipsdədi. Təcrübəli mütəxəssis onu da bildirdi ki, zədə səbəbindən Musa U-16-nın Gürcüstan toplanışında iştirak edə bilməyib.(Futbol+)


Digər xəbərlər

Xəbər xətti