"Neftçi"nin ilk oyununun başlama saatı dəqiqləşdi

21:37 4 Yanvar 2017

Bu gündən Türkiyədə təlim-məşq toplanışına start verən “Neftçi”nin ilk hazırlıq matçının vaxtı dəqiqləşib.


Sportarena.az xəbər verir ki, komanda ilk oyununda “Sivasspor”la qarşılaşacaq. Görüş yanvarın 8-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Qeyd edək ki, toplanış çərçivəsində "Neftçi" “Kukesi” (Albaniya), “Tosno” (Rusiya) və “Terek”lə də (Rusiya) yoxlama oyunu keçirəcək.


Digər xəbərlər

Xəbər xətti