"Şapekoense"nin həlak olan futbolçularının nömrələri əbədiləşdirildi

21:57 4 Yanvar 2017

Təyyarə qəzasında heyətinin əksəriyyətini itirən Braziliyanın “Şapekoense” klubunun rəhbərliyi həlak olan futbolçuların nömrələrini əbədiləşdirib.
 

Sportarena.az xəbər verir ki, komandanın 2017-ci il mövsümünə hazırlığıyla bağlı təşkil edilən mətbuat konfransında danışan klubun prezidenti Plinio David de Nes qəzada həlak olan futbolçuların nömrələrinin heç kimə verilməyəcəyini açıqlayıb.

 
Xatırladaq ki, noyabrın 29-da içində “Şapekoense” klubunun üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.


Xəbər xətti