Ulduz futbolçuya modeldən ŞOK təklif

22:19 4 Yanvar 2017

Uzun müddət sürücülük hüququndan məhrum olan Dortmundun “Borussiya” klubunun futbolçusu Marko Roys tanınmış modelyer Cordan Karverdən maraqlı təklif alıb.

30 yaşlı model xanım Almaniya millsinin üzvünün sürücüsü olmaq istədiyini deyib.

Karver bildirib ki, 24 saat ərzində Roysun sürücüs olmağa hazırdı. Ancaq bunun həyata keçməsi üçün 27 yaşlı yarımmüdafiəçi Dortmund klubunu əzəli rəqib “Bavariya”ya dəyişməlidir.

Qeyd edək ki, tez-tez yol hərəkət qaydalarını pozduğu üçün saxlanılan Roys Almaniyada sürücülük vəsiqəsi almaqdan da məhrum edilib.


Digər xəbərlər

Xəbər xətti