Sportarena.az
29 İyun 2017

Migel Lorenso: "Azərbaycanda varlılar çox varlı, kasıblar isə çox kasıbdır"

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zirə"nin futbolçusu Migel Lorenso Portuqaliya mətbuatına müsahibə verib.

 
Portuqaliyalı müdafiəçi ölkəmizdəki yaşayışından və karyerası haqda danışıb:

 
“Azərbaycandan təklif gəldi. Klubum “Vitoriya”da şans qazanırdım. Amma bu mütəmadi deyildi. Daha çox oynamaq istəyirdim. Bu, mənim ilk təcrübəm olacaqdı. Bir müddət danışıqlar davam etdi və mən “Zirə”yə gəlməyə razı oldum”
 

“Azərbaycan haqda informasiyam yox idi, tanımırdım. Bir az araşdırmalardan sonra ölkə haqda xeyli məlumat topladım. Paytaxt Bakı tarixi, müasir və küləklər şəhəridir. Binalar, maşınlar, restoranlar çoxdur. Varlı insanlar çox varlıdır. Kasıblar da çox kasıb. Yəni, ölkədə 2 təbəqə var: zəngin və yoxsul. Orta təbəqəli insan yoxdur”.
 

“Oktyabrda sevgilim də yanıma gəldi. O, gələndən sonra işlərim qaydasına düşdü. Bakıya tez uyğunlaşa bildim. Hər səhər gəzirik və alış-veriş edirik. Əgər hava yaxşı deyilsə, yatıram. Xanımıla müsəlman ölkəsində yaşamaq məni bir qədər narahat edirdi. Amma gördüklərimlə eşitdiklərim üst-üstə düşmədi. Müsəlman ölkəsi olsa da, burada hər şey qaydasındadır. Bakıda qadınlar istədikləri kimi geyinir və gəzirlər. Bir çox Avropa şəhərləri kimidir. Bakıda qadınlara qarşı heç bir məhdudiyyət yoxdur. Amma Portuqaliyaya nisbətən qapalılıq var”.
 

“Azərbaycanda həmyerlim olan Serjinyo ilə tez-tez görüşürük. O, burada “Kəpəz” klubunda çıxış edir. Ailəvi olaraq bəzən nahar edirik”.
 

“Azərbaycan və Portuqaliya futbolu tam fərqlidir. Təbii ki, Portuqaliya bütün cəhətlərdə üstündür. Ölkənin əsas komandaları “Qarabağ” və “Qəbələ”dir. “Zirə” isə onlarla rəqabət aparır. Çempionatda bütün oyunlarda oynamışam. Kubok oyununda zədələndim və “Neftçi” ilə cavab qarşılaşmasında oynaya bilmədim. Hazırda zədəmi sağaldıram”.


“İlk oyunlarda hər şey mənə qəribə gəlirdi. Hakim oyunçulaı fasiləyə yollayanda futbolçular namaz qılmağa getdilər. Bu, çox qəribə idi. Fasilə daha çox taktiki gedişləri dəyişmək və analizlər etmək üçündür. Amma buna da öyrəşmişik”.

Tarix
05.01.17 [12:35]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

29 İyun
28 İyun 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio