"Real"ın seriyası 38-ə çatdı

14:34 5 Yanvar 2017

Madridin “Real” klubu məğlubiyyətsiz oyunlarının sayını 38-ə çatdırıb.


Sportarena.az xəbər verir ki, Zinəddin Zidanın yetirmələri İspaniya Kral Kuboku turnirinin səkkizdəbir final mərhələsinin ilk matçında “Sevilya”nı 3:0 hesabı ilə məğlub edərək bu uğurlu seriyanı davam etdiriblər.


Qeyd edək ki, “Kral” klubu sonuncu məğlubiyyətini ötən il aprelin 6-da Çempionlar Liqasının dörddəbir finalının ilk matçında səfərdə Almaniyanın “Volfsburq” klubu qarşısında alıb (0:2).


Digər xəbərlər

Xəbər xətti