"Kəpəz" iki gündə 4 yoxlama oyunu keçirəcək

16:10 5 Yanvar 2017

Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib.
 
Sportarena.az  xəbər verir ki, iki günə dörd yoxlama matçına çıxacaq “sarı-göylər” Premyer Liqa və 1-ci divizion klubları ilə qarşılaşacaq.
 
“Kəpəz” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AZAL-la görüşəcək.
 
Yanvarın 19-da Gəncə təmsilçisi günün ilk yarısında (saat 11:00-da) “Qaradağ Lökbatan”la, ikinci yarısında isə (saat 15:00-da) “Zirə”ylə oynayacaq. “Zirə”yə qarşı görüş rəqibin meydanında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da reallaşacaq.
 
Gəncə klubu yoxlama matçlarına iki fərqli heyətlə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti