"Kəpəz"in əvəzediciləri hazırlığa başladı

16:31 5 Yanvar 2017

“Kəpəz”in əvəzedici heyəti üçün qış fasiləsi başa çatıb.


Sportarena.az xəbər verir ki, komanda bu gündən məşqləri bərpa edib. “Sarı-göylər” Gəncə şəhər stadionunda bir araya gəlib. Məşqdən öncə məşqçilər korpusu futbolçulara hazırlıq planı ilə bağlı məlumat verib, onlardan məşqlərə daha ciddi yanaşmaları istənilib.


Daha sonra çalışmalara start verilib. Təxminən saatyarım davam edən ilk məşq prosesi isinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayıb, yüngül qaçışla davam edib. Hazırlığın sonunda futbolçular mini meydançada futbol oynayıblar.


Yaxın hazırlıq planına əsasən, yanvarın 7-dən əvəzedicilər Samux rayonunun Aşağı Ağasıbəyli kənd stadionunda məşq edəcək. Yanvarın 10-da komanda ikitərəfli oyun keçirəcək. Bu görüş baxışda olan futbolçulara özünü göstərmək üçün şansdır. İlk məşqdə iki belə oyunçu iştirak edib. Sabahdan başlayaraq U-17 və U-19 komandasından dəvət olunan beş futbolçu hazırlığa qoşulacaq.


Yanvarın 12-dən əvəzedicilər bir həftəlik təlim-məşq toplanışına başlayacaq. Toplanış Gəncədə keçiriləcək.


Xəbər xətti